Böyrəklərdə daş yığan 5 ziyanlı qida

Böyrək daşı xəstəliyi çox yayılmış pozulmadır. Bu xəstəliyin səbəbləri arasında: irsiyyət, azhərəkətli həyat tərzi, susuzlaşma, maddələr mübadiləsinin pozulmaları, bəzi vitaminlərin (xüsusilə A və D) çatışmazlığı, sidik ifrazı sisteminin iltihabları və s.

Həmçinin düzgün olmayan qidalanma, bəzi qidaların həddindən çox qəbulu də böyrək daşı xəstəliyinin inkişafına səbəb ola bilər. Böyrəklərdə daşların əmələ gəlməsinə bu kimi qidalar səbəb ola bilər:

— İspanaq, turşəng
Bu göyərtilər oksalat duzları ilə zəngindir. Oksalatlar böyrəklərdə yığılaraq daşlar əmələ gətirir. Böyrəklərdə yığılan daşların 80%-ni məhz oksalat daşları təşkil edir. Bundan əlavə kələm, çuğundur, krəviz və çiyələk də oksalatlarla zəngindir.
Davamı →

Uzun müddət sidik saxlayanda orqanizmdə nə baş verir?

Sağlam insan gün ərzində 8 dəfədən çox olmayaraq, gecə isə 1 dəfədən çox olmayaraq sidik ifraz edir.
Bu zaman insan ağrı, narahatçılıq hiss etməməli, sidik sərbəst axmalı, insan sidik ifraz etmək üçün gücənməməlidir.

Sidik ifrazının tezliyi müxtəlif səbəblərdən — mayenin qəbulundan, qidalanmadan, havanın temperaturundan, insanın fərdi xüsusiyyətlərindən və s. asılı ola bilər. Stress, soyuqlama, hamiləlik sidik ifrazının tezliyini artırır.

Qadınlar fizioloji xüsusiyyətlərə görə daha tez-tez sidik ifraz edir. Bəzi xəstəliklər (sistit, böyrək daşı xəstəliyi, piyelonefrit, qadınlarda ginekoloji xəstəliklər, kişilərdə prostat vəzi xəstəlikləri, şəkərli diabet və s.) sidik ifrazının tezliyini artırır. Gecə saatlarında 1 dəfədən artıq sidik ifraz etmək normal sayılmır. Əgər siz gecə saatlarında tez-tez tualetə getmək üçün oyanırsınızsa, mütləq həkimə müraciət edin. Bu ciddi xəstəliyin simptomu ola bilər.
Davamı →

Sidik və onun əmələ gəlmə mexanizmi

Böyrəklərin fəaliyyətinin son nəticəsi mürəkkəb bioloji maye olan sidiyin əmələ gəlməsidir. Onun tərkibi 150 üzvi və qeyri-üzvi kimyəvi maddələrdən ibarətdir. Gün ərzində yaşlı adamda 1 — 1,5 l sidik əmələ gəlir, bunun da miqdarı qəbul olunan mayenin miqdarından asılıdır. Sidiyin gündəlik miqdarının 500 ml aşağı düşməsi və ya 2000 ml çox artması patoloji hal kimi qiymətləndirilir. Sağlam şəxslərdə sidik ilə gün ərzində 20 — 35 q karmabid, 0,5 — 1,4 q sidik turşusu, 1 — 2 q kreatinin, 10 — 100 mq zülal, 8 — 18 q natrium xlorid, 5 q natrium, 3 q kalium, 100 — 300 mq kalsium, 60 — 120 mq maqnezium və s.xaric olur.

Ardı →

Böyrək limfa sistemi və innervasiyası

Böyrəklərin limfa sistemi
Böyrəklərin qabıq maddəsində limfa sistemi periqlomerulyar və peritubulyar zonadan kiçik kapillyarlarla başlayır. Tədricən böyüyərək və birləşərək paycıqlararası qövs və payarası limfa damarlarını təşkil edir, müvafiq arteriya və vena damarlarının yanında yerləşir. Böyrək qapısı nahiyəsində böyük limfa damarı əmələ gətirir, bu da aortayanı limfa düyünlərinə tökülür. Limfa damarları beyin maddədə qabıq maddəyə nisbətən azdır, onlar düz arteriya və vena boyu yerləşir, sonra birləşərək böyük limfa damarı şəklində qövs limfa damarlarına tökülürlər.
Ardı →

Böyrək qan dövranı

Bədən çəkisinin 1/200 hissəsini təşkil edən böyrəklərdən bir dəqiqə ərzində ürək tərəfindən bədənə vurulan qanın 1/4 hissəsi keçir (dəqiqədə 1 l və ya gün ərzində 1500 l). Beləliklə, böyrək qan təchizatı başqa üzvlərin qan təchizatından xeyli intensivdir. Misal üçün, 100 q toxumaya düşən qan dövranı böyrəkdə 430 ml/dəq, ürəkdə 66, qaraciyərdə 57, baş beyində 53 ml/dəq-dir.
böyrəklərdə qan dövranıBöyrək arteriyası (a.renalis) qarın aortasından ayrılır, nisbətən böyük damar olub, diametri 9 mm-ə qədərdir. Böyrək qapısına girəndən sonra o bir neçə pay, sonra payarası arteriyalara (aa.interlobares), sonra qövsvari arteriyalara (aa.arcuatae) bölünür ki, bunlar da paycıqarası arteriyalara və onun dalınca yumaqcıqların gətirici arteriyalarına (vaz afferens) bölünürlər. Gətirici yumaqcıq arteriyası yumaqcıq kapsuluna daxil olandan sonra yumaqcıq kapilyarlarına bölünürlər və sonra yenidən birləşərək çıxarıcı arteriyanı (vaz efferens) əmələ gətirirlər.


Ardı →

Böyrəklərin morfostrukturu və yerləşməsi

Böyrəklər — cüt orqan olub, özünəməxsus görünüşə malik — lobya formasındadır.Hər bir böyrəyin yuxarı və aşağı qütbü, medial (iç) və lateral (bayır) kənarları, ön və arxa səthləri vardır.Medial kənarın ortasında böyrək qapısı-hilus renalis yerləşir, buradan orqana böyrək arteriyası, sinirlər daxil olur və orqandan böyrək venası, limfa damarları xaric olurlar.Burada həmçinin, böyrək ləyəni yerləşir.

Ardı →